Arne Slot həmyerlisinin klubda qalmasını istəyir

"Liverpul"un baş məşqçisi Arne Slot niderlandlı futbolçu Kodi Qakponun klubda qalmasını istəyir.

Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" Qakpo ilə yaxından maraqlanır.

Lakin Arne Slot 26 yaşlı yarımmüdafiəçinin klubda qalmasının tərəfdarıdır.

Qeyd edək ki, Kodi Qakpo bu mövsüm meydana çıxdığı 49 matçda 18 qol 7 asistlə yadda qalıb.