"Arsenal" 150 milyon avro tələb edir
"Arsenal" fransalı stopperi Vilyam Salibanın transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, "topçular" 25 yaşlı futbolçu üçün 150 milyon avro tələb edir.
"Caught Offside" nəşrinin yaydığı məlumata görə, "Barselona", "Real Madrid" və "Paris Sen-Jermen" sözügedən oyunçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, V.Saliba "Arsenal"la sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.