"Arsenal" "Aston Villa" ilə danışıqlara başlayıb
"Arsenal"ın yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Record"a istinadən xəbər verir ki, London klubu "Aston Villa"nın ingiltərəli futbolçusu Ollie Uotkinsi heyətinə qatmağı planlaşdırır.
29 yaşlı futbolçu üçün "Arsenal", Birmingem klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Uotkinsin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.