"Arsenal" "Atletiko"nun ulduzuna göz qoydu

"Atletiko Madrid"in hücumçusu Xulian Alvarez İngiltərə nəhəngi "Arsenal"ın diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, London klubunun çalışdırıcısı Mikel Arteta argentinalı forvardın transferini rəhbərliktən tələb edib.

"İndependent" nəşrinin yaydığı məlumata görə, "Arsenal" bu keçid üçün qarşı tərəfə 90 milyon avro ödəməyə hazırdır. Lakin "Atletiko" Alvarezi satacağı təqdirdə, 100 milyon avrodan aşağı qiymətə satmayacaq.

Qeyd edək ki, Argentina millisinin oyunçusunu "Barselona"da transfer etmək istəyir.

Banner