"Arsenal" brazilyalı futbolçunun çıxışından narazıdır
"Arsenal"ın rəhbərliyi brazilyalı futbolçu Qabriyel Martinellinin çıxışından narazıdır.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, London klubu Martinellini yayda satmaq qərarına gəlib.
23 yaşlı sol cinah vingeri üçün "Arsenal" ən azı 50 milyon avro tələb edir.
Qeyd edək ki, İtaliyanın "Milan" klubu Martinellinin xidmətində maraqlıdır.
O, bu mövsüm meydana çıxdığı 50 matçda 10 qol 6 asistlə yadda qalıb.
Xatırladaq ki, Martinellinin "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qabriyel 2019-cu ildən etibarən "topçular"ın heyətində çıxış edir.