"Arsenal" gənc futbolçusu ilə bağlı qərar verib

"Arsenal" 18 yaşlı futbolçusu Mayles Luyis-Skelli ilə bağlı qərar verib.

Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "Arsenal"ın rəhbərliyi Luyis Skelliyə yeni müqavilə təklif edib.

London klubu gənc futbolçunu satmaq niyyətində deyil.

Qeyd edək ki, "Real Madrid" ingiltərəli futbolçunu transfer etmək istəyir.