"Arsenal" isveçli futbolçu üçün 125 milyon avronu gözdən çıxarıb

Londonun "Arsenal" klubu yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Topçular" İsak üçün "Nyukasl Yunayted"ə 125 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçu "Arsenal"da çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Aleksander İsak bu mövsüm çıxış etdiyi 41 matçda rəqib qapılarından 27 top keçirib.