"Arsenal" isveçli futbolçuya 5 illik müqavilə təklif edib

"Arsenal" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeresə rəsmi təklif göndərib.

Sportline.az jurnalist Nikolo Şıkiranın məlumatına istinadən xəbər verir ki, London klubu Gyökeresə 5 illik müqavilə təklif edib.

26 yaşlı forvardın transfer qiyməti 65 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, V.Gyökeres bu mövsüm meydana çıxdığı 52 matçda 54 qol 13 asistlə yadda qalıb.