“Arsenal” kapitanı ilə yollarını ayıra bilər

İngiltərənin” Arsenal “ klubu yay transfer pəncərəsində sərfəli təklif alacağı təqdirdə komandanın kapitanı Martin Odeqard ilə yollarını ayırmağa hazırdır.

Sportline.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, norveçli yarımmüdafiəçinin uzunmüddətli gələcəyi son dövrlərdə aldığı zədələr və fiziki hazırlıq problemləri fonunda sual altına düşüb.

Həmçinin Ebereçi Ezenin yüksələn performansının da klub rəhbərliyinin planlarına təsir etdiyi bildirilir.

Bundan əlavə “Arsenal” 26 yaşlı futbolçunu vaxtilə “Real Madrid” klubundan 30 milyon funt sterlinq qarşılığında transfer etmişdi və indi bu transferdən ciddi gəlir əldə etməyi hədəfləyir.

Hazırda “Bayern Münhen” və “Paris Sen-Jermen” klublarının da Ødeqardın vəziyyətini yaxından izlədiyi və onun transferində maraqlı olduğu qeyd olunur.

Qeyd edək ki, norveçli futbolçu son illərdə “Arsenal”ın əsas aparıcı oyunçularından biri olub və onun mümkün gedişi London təmsilçisinə təsir edə bilər.

Onun klubla müqaviləsi 2028-ci ilin iyununda başa çatır.

Banner