“Arsenal” “Mançester Siti”nin oyunçusu üçün hərəkətə keçdi
Londonun “Arsenal” klubu “Mançester Siti”nin cinah oyunçusu Savinho ilə maraqlanır və futbolçunun transferini reallaşdırmaq üçün danışıqları sürətləndirib.
Sportline.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti” yay transfer pəncərəsində braziliyalı futbolçunun satılmasına açıqdır. Bu səbəbdən “Arsenal”ın rəhbərliyi Savinyonu heyətə qatmaq üçün imkanları dəyərləndirir.
21 yaşlı cinah oyunçusu sürəti, texnikası və hücumdakı məhsuldarlığı ilə Avropanın bir sıra aparıcı klublarının diqqətini çəkib.
Transferlə bağlı yaxın günlərdə daha ciddi addımların atılması gözlənilir.
Qeyd edək ki, Savinyo “şəhərlilər"in heyətində ötən mövsüm 39 maçtda meydanda olub 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun müqavilə müddəti 2031-ci ilin yayında başa çatır.
Transfer dəyəri 35 milyon avrodur.