"Arsenal" Partinin klubda qalmasını istəyir
"Arsenal" qanalı futbolçusu Tomas Parti ilə yola davam etmək qərarına gəlib.
Sportline.az "Football London" nəşrinə istinadən xəbər verir ki, "Arsenal"ın rəhbərliyi Partiyə yeni müqavilə təklif edib.
Futbolçunun klubla hazırkı müqaviləsi bu ilin iyun ayının 1-nə qədər nəzərdə tutulub.
Qeyd edək ki, son qərarı Tomas Partinin özü verəcək.