"Arsenal" Sane transferində israrlıdır
"Arsenal" "Bavariya"nın almaniyalı futbolçusu Leroy Saneni heyətinə qatmaqda israrlıdır.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Leroy Sane azad agent kimi "Arsenal"ın düşərgəsinə qoşula bilər.
29 yaşlı futbolçu "Bavariya"nın illik 10 milyon avroluq maaş təklifini rədd edib.
Leroy Sane Münhen klubundan ayrılmaq fikirndə qətidir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 13 qol 6 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Leroy Sane 2020-ci ilin yayında "Mançester Siti"dən "Bavariya"ya 49 milyon avro qarşılığında transfer olmuşdu.