"Arsenal" "Sportinq"ə 60 milyon avro təklif edib
"Arsenal" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres üçün rəsmi təklif göndərib.
Sportline.az xəbər verir ki, bu haqda "Mirror" nəşri məlumat yayıb.
London klubu "Sportinq"ə 60 milyon avro təklif edib.
Qeyd edək ki, Gyökeresin Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.