"Arsenal" və "Mançester Yunayted" transfer yarışına girib
"Sportinq"in sol cinah müdafiəçisi Maksi Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Mançester Yunayted" 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Football Fan Cast" nəşri məlumat yayıb.
Qeyd edək ki, Maksi Arauxonun transfer qiyməti 40 milyon avrodur.