“Arsenal” və PSJ transfer yarışına girib

"Strasburq"da icarə əsasında çıxış edən brazilyalı futbolçu Andrey Santos "Arsenal" və "Paris Sen-Jermen"in maraq dairəsinə düşüb.

Sportline.az "Le10Sport"a istinadən xəbər verir ki, A.Santosun transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.

21 yaşlı yarımmüdafiəçi müqavilə əsasında İngiltərənin "Çelsi" klubuna məxsusdur.

Qeyd edək ki, Andrey Santos bu mövsüm çıxış etdiyi 33 matçda 10 qol 5 məhsuldar ötürmə müəllifi olub.