“Arsenal” “Vest Hem”in futbolçusu ilə maraqlanır

"Arsenal" "Vest Hem"in qanalı futbolçusu Mohammed Kuduz ilə maraqlanır.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, "Vest Hem Yunayted"in rəhbərliyi M.Kuduz üçün 84 milyon avro tələb edir.

24 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Mohammed Kuduz ötən mövsüm çıxış etdiyi 35 matçda 5 qol 4 məhsuldar ötürmə müəllifi olub.