"Arsenal" yeni hücumçu alır

Viktor Gyökeres "Arsenal" ilə anlaşdı.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Sportinq"in hücumçusu İngiltərə klubu ilə 4-5 illik müqavilənin detallarını razılaşdırdı. İsveçli futbolçunun London təmsilçisində illik maaşı 8,3 milyon avro təşkil edəcək.

"Arsenal" 26 yaşlı forvardın transferi üçün 75 milyon avro ödəyəcək. 

Portuqaliya klubu 2023-cü ilin yayında Gyökeresi "Coventry Siti"dən 24 milyon avroya almışdı.