"Arsenal" yeni qapıçı transfer edəcək
"Arsenal" klubu heyətinə yeni qapıçı transfer edəcək.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, London klubu Kepa Arizzabalaqanı heyətinə qatacaq.
30 yaşlı kiper üçün "Arsenal" 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kepa müqavilə əsasında "Çelsi"yə məxsusdur. O, ötən mövsümü "Bormunt"da icarə əsasında keçirib.