“Arsenal”dan 145 milyon avroluq transfer

Bu mövsüm çempionluq qazana bilməyən İngiltərənin nəhəng klubu "Arsenal" transfer çalışmalarına başladı.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Topçular" "Nyukasl" klubunda çıxış edən Aleksandr İsakı transfer siyahısına daxil edib.

London təmsilçisi isveçli forvard üçün ciddi büdcə ayırmağa hazırlaşır. "Arsenal" bu transfer üçün 125 milyon funt-sterlinqdən (təxminən 145 milyon avro) artıq təklif etməyi planlaşdırır.

Qeyd: Aleksandr İsak cari mövsümdə komandası ilə bütün turnirlər çərçivəsində keçirdiyi 41 matçda 27 qol vurub.