"Arsenal"dan ayrıla bilər
"Arsenal"ın brazilyalı futbolçusu Qabriel Martinelli yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
24 yaşlı sol cinah vingerinin dəyəri 45 milyon avrodur.
Qeyd edək ki, Q.Martinelli ötən mövsüm meydana çıxdığı 53 matçda 11 qol, 7 asistlə yadda qalıb.