"Arsenal"dan yeni transfer
İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Arsenal" "Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendini heyətinə qatıb.
London klubu bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəyəcək. O, cari mövsüm çıxış etdiyi 44 matçda 2 qol 2 asistlə yadda qalıb.
Qeyd edək ki, transfer iyun ayının əvvəlində rəsmi olaraq açıqlanacaq.