"Arsenal"ın Şeşko israrı davam edir
"Arsenal" "Leipziq"in sloveniyalı forvardı Benjamin Şeşkonu transfer etməkdə israrlıdır.
Sportline.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" bu keçid üçün Almaniya klubuna 65 milyon avro ödəməyə hazırdır.
21 yaşlı futbolçu London klubda çıxış etməyə müsbət baxır.
Qeyd edək ki, B.Şeşkonun "Leipziq"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.