"Arsenal" Şeşkonu transfer etməkdə israrlıdır
"Arsenal" "Leipziq"in sloveniyalı futbolçusu Benyamin Şeşkonu transfer etməkdə israrlıdır.
Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, London klubu futbolçunun meneceri ilə danışıqlar aparır.
22 yaşlı hücumçu üçün Almaniya klubu ən azı 70 milyon avro tələb edir.
Qeyd edək ki, Şeşko "Arsenal"a keçmək niyyətindədir. Bu səbəbdən "Leipziq"in yeni müqavilə təklifini qəbul etməyib.