Artıq çəkiyə görə sumoçulara əlavə reys təşkil olunub

Yaponiya sumoçuları uçuş ərəfəsində maraqlı vəziyyətlə üzləşiblər.

Sportline.az xəbər verir ki, "Japan Airlines" aviaşirkətinə məxsus təyyarənin ümumi çəkinin öhdəsindən gələ bilməyəcəyi üzə çıxıb.

Nəticədə şirkət əlavə uçuş təşkil etmək məcburiyyətində qalıb.

Səbəb isə, sumo güləşçilərinin sayının çoxluğu olub. 

Vəziyyətin ciddiliyini nəzərə alan aviaşirkət bir neçə sumo güləşçisini xüsusi reyslə yola salıb.