Aşağı liqaya düşən komandanın avtobusu futbolçularsız getdi

Türkiyənin TFF 3-cü liqasının 1-ci qrupunda maraqlı hadisə baş verib.

Sportline.az xəbər verir ki, "Erbaaspor" klubuna minimal hesabla məğlub olan "Gebzespor" aşağı liqaya düşüb.

Komandanın avtobusu cəza olaraq futbolçular paltardəyişmə otağında olarkən stadiondan ayrılıb. Onları daşıyan avtobusun olmadığını görən oyunçular 3 saat stadionda qalıblar. Daha sonra "Gebzespor"un üzvləri onlar üçün təşkil olunan xüsusi avtobusla oradan uzaqlaşıblar.