"Aston Villa" aparıcı futbolçusu ilə vidalaşır
"Aston Villa"nın argentinalı qapıçısı Emiliano Martinez mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.
Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.
32 yaşlı kiperin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Emiliano Martinez bu mövsüm çıxış etdiyi 52 matçda qapısında 61 top görüb.