"Aston Villa" argentinalı futbolçusunu satacaq
Ötən mövsümü "Bayer"də icarə əsasında keçirən argentinalı futbolçu Emilyano Buendia karyerasını "Lits Yunayted"də davam etdirə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Buendia üçün Birmingem klubu 20 milyon avro tələb edir.
"Lits Yunayted"in rəhbərliyi bu məbləği "Aston Villa"ya ödəməyə hazırdır. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Buendia geridə qalan mövsümdə çıxış etdiyi 34 matçda 5 qolla yadda qalıb.