"Aston Villa" "Tottenhem"i əli boş yola saldı

İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.

Sportline.az xəbər verir ki, turun açılış matçında "Aston Villa" öz meydanında "Tottenhem"lə qarşılaşıb. Oyun Birmingem klubunun qələbəsi ilə nəticələnib.

"Aston Villa" 2:0 "Tottenhem Hotspur"

Qollar: Ezri Konsa, 59, Boubakar Kamara, 73

Qeyd edək ki, "Aston Villa" 66 xalla 4-cü pilləyə yüksəlib. "Tottenhem" 38 xalla 17-ci pillədə yer alıb.