"Aston Villa"dan Kevin həmləsi

"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüynenin mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az "The İ paper" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" Kevin De Brüyneni azad agent kimi heyətinə qatmağı planlaşdırır.

33 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də çıxış edir. O, cari mövsüm çıxış etdiyi 36 matçda 6 qol 8 asistlə yadda qalıb.

Qeyd edək ki, Kevin De Brüyne karyerasını ərzində daha əvvəl "Gent", "Genk", "Çelsi", "Verder Bremen" və "Volsburq" kimi klubların şərəfini qoruyub.