"Aston Villa"dan Pedro həmləsi

"Aston Villa" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, Birmingem klubu "Brayton"un brazilyalı futbolçusu Joao Pedronu heyətinə qatmağı planlaşdırır.

23 yaşlı forvard "Brayton"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Oyunçunun meneceri "Aston Villa" ilə danışıqlar aparır.

Qeyd edək ki, Joao Pedro bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda rəqib qapılarından 10 top keçirib.