"Aston Villa"dan Sanço həmləsi

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sanço "Aston Villa"nın maraq dairəsinə düşüb.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu Sançonun meneceri ilə danışıqlara başlayıb.

25 yaşlı sol cinah vingerinin transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Sanço ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.

O, London klubunun heyətində meydan çıxdığı 42 matçda 5 qol 10 asistlə yadda qalıb.