Emiliano Martinez Avropa nəhənglərinin transfer hədəfinə çevrilib
"Qalatasaray" və "Fənərbağça" ilə adı hallanan futbolçulardan biri olan Emiliano Martineslə bağlı İspaniya mediasında diqqətçəkən bir iddia irəli sürülüb.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, Argentina millisinin qapıçısı "Barselona"nın transfer hədəfinə düşüb.
Əgər Voytsex Şesnı komandadan ayrılarsa, "Barselona" Martinesi transfer etmək üçün rəsmi addımlar atacaq.
Bundan başqa, "Mançester Yunayted"in də 32 yaşlı qolkiperlə maraqlandığı qeyd olunur.
Martinesin yay transfer dövrünün ən çox danışılan adlarından biri olacağı vurğulanıb.