"Aston Villa"nı "Yuventus"a dəyişir
"Aston Villa"nın qapıçısı Emiliano Martinez karyerasını "Yuventus"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
33 yaşlı kiper Turin klubunda çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, Martinezin transfer qiyməti 15 milyon avrodur.