"Aston Villa"nın ulduzu ayrılır?

"Aston Villa"nın ulduzu Morqan Rocers karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu klubdan ayrılmaq niyyətindədir.

"The Telegraph" nəşrinin yaydığı məlumata görə, "Arsenal" Rocerslə ciddi şəkildə maraqlanır.

Qeyd edək ki, M.Rocersin transfer qiyməti 80 milyon avrodur.