"Atalanta"-"Bayer 04": Düşərgələrdəki son durum

Bu gün Uefa Avropa Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, finalda "Atalanta" ilə "Bayer 04" komandaları Dublində qarşı qarşıya gələcəklər.

Oyunqabağı İtaliya təmsilçisinin həyətində 2 itki var. Bunlar zədə səbəbindən oyunu baraxacaq Sead Kolaşinaç və Marten De Rondur.

Emil Holmun iştirakı isə sual altındadır.

"Bayer" Leverkuzen İrlandiyaya tam heyətlə yollanlıb.

Xatırladaq ki, bu komandalar daha əvvəl Uefa Avropa Liqasının 2021/2022 mövsümünün 1/8 final mərhələsində üz üzə gəliblər. O zaman Berqamoda keçiriən oyun 3-2 hesabı ilə "Atalanta"nın qələbəsi ilə yekunlaşmışdı. Cavab oyununda isə "göy-qaralar" rəqibini 1 cavabsız qolla məğlub etmişdi.

Rumıniyalı hakim İstvan Kovaçın idarə edəcəyi görüş Bakı vaxtı ilə 23 00-da start götürəcək.