"Atletik" "Mançester Yunayted"dən 100 milyon avro tələb edir
"Atletik" ispaniyalı futbolçusu Niko Uilyams üçün 100 milyon avro tələb edir.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" 23 yaşlı sol cinah vingerini heyətinə qatmaq niyyətindədir.
Bu haqda "El Nacional" nəşri məlumat yayıb.
Qeyd edək ki, N.Uilyam ötən mövsüm meydana çıxdığı 32 matçda 6 qol, 7 asistlə yadda qalıb.