"Atletiko" itki ilə üzləşib

"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo De Paul millinin düşərgəsindən zədəli qayıdıb.

Sportline.az xəbər verir ki, bu haqda Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Futbolçunun omba əzələsinin zədələndiyi bildirilir.

Hazırda fizioterapiya senası keçən futbolçunun sıraya nə vaxt qayıdacağı məlum deyil.