"Atletiko" Kantenin yaxınları ilə görüşməyə başlayıb

"Əl-İttihad"ın yarımmüdafiəçisi N'Qolo Kante "Atletiko"ya keçə bilər.

Sportline.az xəbər verir ki, bu barədə Relevo məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub rəsmiləri futbolçunun qardaşı ilə əlaqəyə keçiblər.

Kante ilə müqavilə bağlamaq fikri Madrid klubunun Konor Kallaqerin "Çelsi"dən transferini tamamlaya bilməməsindən sonra yaranıb. Fransız futbolçunun AVRO 2024-dəki çıxışı klub rəhbərliyini razı salıb.

Qeyd edək ki, Kantenin Ərəbistanı klubu 2026-cı ilə qədər müqaviləsi var.