"Atletiko" Moyze Kinin keçidini həll edib
"Atletiko" "Yuventus"un forvardı Moyze Kinin keçidini həll edib.
Sportline.az xəbər verir ki, Madridlilər qarşı tərəflə tam razılığa gəliblər.
Bu haqda jurnalist Nikolo Skira sosial şəbəkədə məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Atletiko" turinlilərə bu icarəyə görə 400 min avro, futbolçunun özünə isə tam məvacibini ödəyəcək.
23 yaşlı hücumçu mövsümün sonunadək madridlilərin formasını geyinəcək.