"Atletiko" Simeone ilə bağlı qərar verib

"Madrid "Atletiko"su baş məşqçi Dieqo Simeone ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, bu haqda Marca nəşri məlumat yayıb.

2011-ci ildən komandanın sükanı arxasında olan mütəxəssislə 2026-cı ilədək müqavilə imzalanması planlaşdırılır.

Qeyd edək ki, 53 yaşlı argentinalının rəhbərlik etdiyi "Atletiko" İspaniya çempionatının son mövsümünü 3-cü yerdə başa vurub.