"Atletiko" yenidən zirvədə

İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki,  "Atletiko" öz meydanında autsayder "Hueska" ilə qarşılaşıb. Oyun Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.


"Atletiko" - "Hueska" - 2:0
Qollar:
 Korrea, 39, Karrasko, 80

Bu qələbə ilə xallarını 73-ə çatdıran Dieqo Simeonenin komandası yenidən liderliyə yüksəlib. "Real" 70 xalla 2-ci, "Sevilya" 67 xalla 3-cü, "Barselona" 65 xalla 4-cüdür.