"Atletiko"da Suares şoku
"Atletiko Madrid"in futbolçusu Luis Suares sıradan çıxıb.
Sportline.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
34 yaşlı hücumçu La Liqanın III turu çərçivəsində keçirilən "Vilyarreal"la (2:2) oyunda zədə alıb. Görüşün 71-ci dəqiqəsində əvəzlənmə istəyən Suaresin sol budunun arxasında ciddi narahatlıq var.
Hazırda həkim nəzarətində olan uruqvaylı futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu və yaşıl meydanlara nə zaman qayıdacağı açıqlanmayıb.