"Atletiko"dan 3 xal
İspaniya La Liqasında 28-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, bu gün daha 4 görüş oynanılıb.
“Valyadolid” - “Malyorka” matçında qalib müəyyənləşməyib. “Betis” “Kadis”ə, “Valensiya” “Almeriya”ya uduzub. "Atletiko" “Rayo Valyekano”ya qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Barselona" (27 oyun) liderlik edir. "Real" 59 xalla 2-ci, "Atletiko" isə 57 xalla 3-cüdür.
İspaniya La Liqası, 28-ci tur
9 aprel
"Valyadolid" – "Malyorka" - 3:3
Qollar: K.Peres, 33. Amallah, 68. Monçu, 86 – Muriqi, 53; 90+4-pen; Morlanes, 58.
"Betis" – "Kadis" - 0:2
Qollar: Alkaras, 53-pen. Ramos, 59.
"Almeriya" – "Valensiya" - 2:1
Qollar: Melero, 49. Babiç, 58 – Kastilyexo, 61.
"Rayo Valyekano" – "Atletiko" - 1:2
Qollar: F.Qarsiya, 85 – Molina, 22. Hermoso, 24.