"Atletiko"dan gözlənilməz məğlubiyyət

La Liqada 24-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, lider "Atletiko" bu turda doğma meydanda "Levante" ilə qarşılaşıb. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko" - "Levante" - 0:2
Qollar
: Morales, 30, Frutos, 90+5

Bu nəticədən sonra lider Madrid təmsilçisi 55 xalda qalıb.