"Atletiko"dan heç-heçə

"Atletiko" La Liqada 20-ci tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Madrid klubu "Vilyarreal"ın qonağı olub. Matç 2:2 hesabı ilə başa çatıb.

"Vilyarreal" - "Atletiko" - 2:2
Qolla
r: Korrea, 10 (0:1), Torres, 29 (1:1), Moreno, 58 (2:1), Kondoqbia, 67 (2:2)

Bu nəticədən sonra "Atletiko" 33 xalla 4-cü, "Vilyarreal" 29 xalla 8-ci pillədə qərarlaşıb. Siyahıya 49 xalla "Real" başçılıq edir.