"Atletiko"nun futbolçusu dünyasını dəyişib

İspanyanın “Atletiko” klubuna böyük itki üz verib.

Sportline.az xəbər verir ki, klubun tarixinin ən yaxşı müdafiəçilərindən biri kimi tanınan argentinalı Xorxe Griffa dünyasını dəyişib.

Argentinalı futbolçu 1959-1969 cu illərdə “Atletiko”da çıxış edib.

O, ümumilikdə 247 oyunda madridlilərin formasını geyinib.

Griffa “Atletiko” ilə 1966-cı ildə İspanya cempionluğu ilə yanaşı 3 qat İspanya kubokunun da qalibi olub.

Qriffa futbolçuu karyerasını başa vurduqdan sonra Argentina klublarında seleksioner kimi çalışıb, həmçinin akademiyalara rəhbərlik edib.

İşlədiyi illər ərzində Lionel Messi , Qabriel Batistuta, Karlos Tevez, Qabriel Haynz, Maurisio Poçettino kimi futbolçular klubların sistemlərində oynayıblar.