"Atletiko"nun stadionunun adı dəyişdirildi

"Atletiko"nun ev oyunlarını keçirdiyi stadionunun adı dəyişdirilib. 

Sportline.az "Libertad Digital"a istinadən xəbər verir ki , əvvəllər "Wanda Metropolitano" kimi tanınan arena yeni sponsorun şərəfinə "Civitas Metropolitano" adlandırılıb.

"Wanda Group" ilə müqavilə ötən mövsüm başa çatıb. Madrid təmsilçisinin yeni tərəfdaşı "Civitas Pacensis" adlı daşınmaz əmlak agentliyi olub.

Banner