"Atletiko"nun yeni hədəfi

"Atletiko" heyəti gücləlndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, madridlilər bu məqsədlə İtaliyaya üz tutublar.

"Marca"nın yaydığı məlumata görə, paytaxt təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Edersonun xidmətində maraqlıdır.

Ötən mövsümdən orta xətti gücləndirməyi planlaşdıran madridlilər bu transferi yayda həyata keçirmək istəyirlər.

Qeyd edək ki, 24 yaşlı braziliyalı 2020-ci ildən "Atalanta"nın şərəfini qoruyur.

Onun transfer dəyəri 27 milyon avrodur.