"Atletiko"nun yeni transferi Madriddə
Madrid "Atletiko"su heyəti yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, söhbət "Antverpen"in yarımmüdafiəçisi Artur Vermerendən gedir.
Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, 18 yaşlı futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Madriddədir.
"Atletiko"nun bu transfer üçün 22 milyon avro ödədiyi bildirilir.