"Atletiko"nun yeni transferi reallaşır
"Atletiko" heyəti Konor Qallaherlə gücləndirir.
Sportline.az xəbər verir ki, "Çelsi"nin futbolçusu bu gün tibbi müayinədək keçəcək.
Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.
Qeyd edək ki, bu keçidin madridlilərə 40 milyon avroya başa gəldiyi bildirilir.
İngiltərə millisinin yarımmüdafiəçisi yeni klubu ilə 5 illik müqavilə bağlayacaq.